Avqust ayında Azərbaycanın sığorta şirkətləri topladıqları sığorta haqqının 44%-ni ödəniş kimi müştərilərə qaytarıblar.
FED.az avqust ayında sığorta şirkətlərinin ödəniş/yığım nisbətini araşdırarkən məlum olub ki, ötən ay bəzi şirkətlər yığdıqları qədər, bir şirkət isə topladığı sığorta haqqından da artıq məbləğdə ödəniş həyata keçiriblər.
Eləcə də bax:Ötən ay hansı şirkət - NƏ QƏDƏR SIĞORTA ÖDƏNİŞİ EDİB - SİYAHI
Topladığı sığorta haqqı ilə müqayisədə ən çox ödəniş edən şirkət «AXA Mbask»dır. Yeni müqavilələr demək olar ki, bağlamayan şirkət hazırda qüvvədə olan müqavilələr üzrə ödənişlər həyata keçirir. Ona görə də ödənişləri yığımlarını təqribən min dəfə üstələyib.
Digər şirkətlər arasında ən çox ödəniş edən «AzərSığorta» Dövlət şirkətidir – yığdığından 1,7 dəfə artıq. «Atasığorta» və «Amrahsığorta» isə təqribən topladığı sığorta haqqı qədər ödəniş ediblər.
№ |
Sığortaçının adı |
Avgust ayı üzrə ödəniş/yığım |
|
1 |
“AXA MBASK” ASC |
929 dəfə |
|
2 |
AzərSığorta DŞ |
167% |
|
3 |
“AtaSığorta” ASC |
99% |
|
4 |
“Amrah Sığorta” ASC |
96% |
|
5 |
“Paşa Sığorta” ASC |
89% |
|
6 |
“A-QroupŞirkəti” ASC |
85% |
|
7 |
“Xalq Sığorta” ASC |
57% |
|
8 |
“Atəşgah”Şirkəti ASC |
52% |
|
9 |
“Qala Sığorta” ASC |
33% |
|
10 |
“Meqa Sığorta” ASC |
33% |
|
11 |
“AZSIĞORTA” ASC |
30% |
|
12 |
“Rəvan Sığorta” ASC |
26% |
|
13 |
“Paşa Həyat Sığorta” ASC |
25% |
|
14 |
“Standard Insurance” ASC |
23% |
|
15 |
“Günay Sığorta” ASC |
22% |
|
16 |
“Atəşgah Həyat”Şirkəti ASC |
18% |
|
17 |
"Sənaye Sığorta” ASC |
15% |
|
18 |
“Qala Həyat”Şirkəti ASC |
12% |
|
19 |
“Bakı Sığorta” ASC |
3% |
|
20 |
“İpək Yolu Sığorta” ASC |
1% |
|
21 |
"Naxçıvansığorta" ASC |
0% |
|
22 |
"Xalq Həyat"Şirkəti ASC |
0% |
|
|
YEKUN |
44% |