Azərbaycanın iki sığorta şirkəəti ilin əvvəlindən indiyədək sığorta ödənişi həyata keçirməyib.
FED.az xəbər verir ki, bunlar «Xalq Həyat Sığorta» və «Naxçıvan sığorta» şirkətlərilir.
Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (APREL 2020)
İlin əvvəlindən «Xalq sığorta» şirkəti 672 min manat, «Naxçıvan sığorta» isə 336 min manat sığorta haqqı toplasalar da indiyədək ödəniş etğməyiblər.
«Xalq Həyat sığorta» şirkəti 2019-cu ildən fəaliyyətə başlayıb və ötən il də ödəniş etməyib – şirkət 2019-cu ildə yalnız 977 min manat sığorta haqqı toplasa da ödəniş həyata keçirilməyib.
«Naxçıvna sığorta» isə ötən il 546 min manat sığorta haqqı toplayıb və cəmi 2 min manat ödəniş edib. 2019-cu ilin nəticələrinə görə şirkətin ödəniş yığım nisbəti ölkədə ən sərfəli həddədir – 0,4%.