Hazırda pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığorta gələn ildən tətbiq oluna bilər.
Bu barədə FED.az-a səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O deyib ki, hazırda icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevirdə və Yevlaxda tətbiq olunur:
“İlin sonunda bununla bağlı daha geniş məlumatlar veriləcək. İndi pilot layihə olaraq gerçəkləşdirilən icbari tibbi sığortanın arealı gələn ildən bir qədər də genişləndirilə və ölkəyə tətbiq oluna bilər. Tibbi sığorta həssas məsələdir. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, bır sıra ölkələr tibbi sığortaya gəlir, daha sonra bunu bir müddət dayandırır. Ona görə də elə bir model seçilməlidir ki, gələcəkdə geri addım atılmasın.”
İcbari tibbi sığortanın nə vaxt başlanacağı - AÇIQLANDI
12:45
15 Noy 2017