Azərbaycanda gələn ildən etibarın icbari tibbi sığortanın tətbiq edilməsi hazırda fəaliyyət göstənən könüllü sığorta xidmətlərinin azalmasına səbəb olmayacaq.
Bunu FED.az-a Azərbaycanda tibbi sığorta üzrə ixtisaslaşmış və bu sahədə yüksək keyfiyyətli xidmətləri ilə tanınan «A-Qroup» sığorta şirkətinin idarə heyətinin sədri Anar Bayramov bildirib.
«Bütün dünyada İcabri tibbi sığorta ilə yanaşı könüllü tibbi sığorta da yanaşı fəaliyyət göstərir. Hətta icbari tibbi sığortanın tətbiqi könüllü tibbi sığortanın artımına gətirib çıxarıb»-deyə şirkət rəhbəri bildirib.
Onun sözlərinə görə, icbari sığortanın çoxdan tətiq edildiyi inkişaf etmiş ölkələrdə də könüllü tibbi sığortadan istifadə edənlər kifayət qədərdir: «İngiltərədə, Fransada icbari tibbi sığorta olmağına baxmayaraq əhalinin 10-12% könüllü sığortalanıb. Azərbaycanda hazırda əhalinin 2%-də könüllü tibbi sığorta var, deməli artım üçün böyük potensial var» - deyə sığorta şirkətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığortaya daxil olan məhsullar əhalinin əksər tələbatlarını təmin edəcək, amma könüllü tibbi sığorta ona əlavə məhsullar təşkil edir: «Yəni franşizasız, özəl tibb müəssisələrində müalicə, təminata düşməyən əməliyyatlar, təminata düşməyən tibbi xidmətlər bunları əhatə edən əlavə tibbi sığorta məhsullar təklif etmək olar. Məsələn, ilə insanlar var ki, onlar dövlət tibbi müəssisələrin, xidmətlərindən yox, özəl tibbi müəssisələrin xidmətlərindən yararlanmaq istəyəcəklər».
A.Bayramov bildirir ki, bu proses üçün müəyyən vaxt tələb olunur: «İlk növbədə icabri tibbi sığorta işə düşməlidir. Daha sonra bu könüllü tibbi sığortanın da məhsullarının inkişafına səbəb ola bilər».
Şirkət rəhbərinin sözlərinə görə, icbari tibbi sığortaya özəl tibb müəssisələri də qoşulacaq, amma təbii ki, onlarda da baza paket qiymətləri,dövlət tərəfindən reysterə uyğun olaraq ödəniləcək .
Anar Bayramovun sözlərinə görə, gələn ilin əvvəlindən, yəni cəmi 4 aydan sonra tətbiqi gözlənilən icbari tibbi sığorta «A- Qroup» sığorta şirkətinin könüllü sığorta xidmətindən istifadə edən heç bir müştərisinin imtina etməsinə səbəb olmayıb.
«Bizim 300-ə yaxın korporativ müştərimiz var və onlardan heç biri icbari tibbi sığortanın tətbiq ediləcəyinə görə könüllü tibbi sığortadan imtina etməyib. Gələn il üçün fərqli məhsullar hələ ki hazırlamamışıq. Çünki bir ilkin olaraq bu sistemin necə işləyəcəyini və baza zərfinə nələrin daxil ediləcəyini bilməliyik» – deyə Anar Bayramov bildirib.