Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müəyyənləşəcək.
Eləcə də bax: Nazirlər Kabinetinə - 10 GÜN VAXT VERİLDİ
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasını müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti bu müddət ərzində sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını da müəyyən etməlidir.