“2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir”.
Eləcə də bax: Azərbaycanda icbari tibbi sığorta – CANLI YAYIM
FED.az xəbər verir ki, bunun maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib.
"Gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub. Buna baxmayaraq icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”, - deyə o, qeyd edib.