“Hazırda İcbari Tibbi Sığortaya daxil olan yeni Xidmətlər Zərfində bir sıra dəyişikliklər nəzərdə tutulur”.
Eləcə də bax: İcbari Tibbi Sığorta Fondunun 2027-ci ilə kimi büdcə gəlirləri - AÇIQLANIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
“Burada orqan köçürmələri nəzərdə tutulub. Təbii ki, bu, limitlidir, il ərzində müəyyən sayda. Endoprotezləşmənin, ürək-damar çatışmazlığında olan əməliyyatların sayının artırılması nəzərdə tutulub. Bundan başqa, oftalmoloji əməliyyatlar. Yeni xidmətlər zərfi artıq aidiyyəti qurumlarla razılaşdırılıb. Biz gözləyirik ki, yaxın vaxtlarda öz təsdiqini tapacaq”, - deyə sədr bildirib.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta yeni tətbiq ediləndə 27 özəl tibb müəssisəsi ilə müqavilə bağlanmışdısa, hazırda bu rəqəm 92-yə çatıb.