İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasının üzvü Tural Feyzullayev vəzifəsini tərk edib.
Eləcə də bax: “Naxçıvan Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə - Daxil Edilib
FED.az xəbər verir ki, buna səbəb onun əsas iş yerini dəyişməsidir.
Belə ki, T.Feyzullayev yaxın vaxtlara qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktor müavini, Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb və İSB-nin rəhbərliyində də elə bu qurumu təmsil edib. Ötən aydan isə o, “Access Bank” QSC-də Hüquq və Komplayens departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.
Hazırda İSB-nin Himayəçilik Şurasına 4 nəfər daxildir. Bunlar Şuraya sədrlik edən “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH), eləcə də “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin sədri Azər Əliyev, Şuranın sədr müavini, “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Cabbarova, eləcə də Şuranın üzvləri - AMB-nin digər nümayəndəsi Vüsal Qurbanov və “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Nərimanlıdır. (Report)