İcbari Sığorta Bürosunun rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR, 2020)
Bürodan FED.az-a verilən məlumata görə, İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlarının əsgərlərə ünvanladığı məktublarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı döyüşlərdən qürur hissi ilə bəhs edilib. Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli mübarizəyə görə Azərbaycan əsgərinə minnətdarlıq ifadə olunub.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR 2020)
Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Qarabağın ən böyük sığortaçısı Azərbaycan əsgəridir!” devizi ilə yazılıb.
Xatırladaq ki, “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR 2020)
İnanırıq ki, bu təşəbbüsülər ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacaqdır.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!