İcbari Sığorta Bürosu (İSB) 2018-ci ildə qiymətli kağızlara investisiyalarını 3 dəfədən çox artırıb.
Eləcə də bax: Əhali SOCAR istiqrazlarını niyə belə həvəslə alır? - ŞƏRH
FED.az Büronun 31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatına istinadən xəbər verir ki, İSB Dövlət Neft Şirkətinin və Maliyyə Nazirliyinin istiqrazlarını əldə edib. 2017-ci ilin sonunda 3 milyon 434 min 251 manat olmuş qiymətli kağızlara cəmi investisiyalar 2018-ci ilin sonunda 10 milyon 779 min 233 manata çatıb.
2017-ci ilin sonunda 3 milyon 434 min 251 manatlıq SOCAR istiqrazlarına malik olan İSB, 2018-ci ildə bu qiymətli kağızlara investisiyalarını 2 dəfədən çox artıraraq 7 milyon 812 min 577 manata qaldırıb.
İSB 2018-ci ildə 2 milyon 966 min 656 manatlıq Maliyyə Nazirliyi istiqrazları əldə edib.
31 Dekabr 2018-ci il tarixinə Büronun yerli banklarda 11 milyon 256 min 129 manat müddətli depoziti olub. Bu depozitlərə görə 1 milyon 1 min manat ehtiyat yaradılıb.
2019-cu ildə Büro bir bankdan 2 milyon 745 min manat əmanətini geri çəkib.
Marja