İcbari Sığorta Bürosu (İSB) avqustun 5-də, saat 11:00-da “Honda Accord” və “Volkswagen T-5” markalı minik avtomobillərinin satışı üzrə açıq hərrac keçirəcək.
Eləcə də bax: Azərbaycanda 10 maşın - Özəlləşdirilib
FED.az bu barədə “Əmlak Hərrac Mərkəzi” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, avtomobillərin buraxılış illəri müvafiq olaraq 2011-ci il və 2012-ci ildir. Onlara müvafiq olaraq 16 min manat və 42 min manat ilkin satış qiyməti müəyyən edilib.
Hərrac Bakı şəhəri, Yasamal rayonu Məmməd Rahim küçəsi, 4A ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün avqustun 4-nə qədər avtomobillərin ilkin satış qiymətinin 10%-i qədər beh İSB-nin, 2%-i qədər haqq isə hərrac təşkilatçısının hesabına ödənilməlidir.