İcbari avtosığortada qaydalar dəyişir – İSB-DƏN CİDDİ ANONS
12:01
10 Yan 2018
Noyabr ayının 9-da İcbari Sığorta Bürosu sığorta şirkətləri, brokerləri və agentliklərinin nümayəndələri ilə görüş keçirib. Əldə olunan məlumata görə, Büro görüşdə fevral ayından icbari avtosığorta üzrə nəzərdə tutduğu ciddi dəyişikliklərin anonsunu verib. Belə ki, tətbiq ediləcək ciddi yeniliklərə əsasən sığorta müqaviləsi artıq sığorta şirkətində deyil, İSB-nun platformasında yazılacaq. Bundan əlavə hər bir istifadəçi, icbari sığorta yazılan kompyuter, planşet yaxud smartfon İSB-də qeydiyyatdan keçiriləcək. İSB tərəfindən istifadəçinin səlahiyyətliliyinin MBNP vasitəsi ilə avtorizasiya, Web interfeyslə sistemə daxil olmaq üçün E-imza, mobil vasitələrlə daxil olmaq üçün isə Asan imza tələb olunacaq. Sığorta haqqı ödənilmədən sığorta şəhadətnaməsini çap etmək mümkün olmayacaq. Yeni sistem Daxili İşlər Nazirliyi ilə yanaşı Dövlət Yol Polisi və Dövlət Miqrasiya Xidməti ilə də inteqrasiya olunacaq.