İcbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, aprel ayının 15-dən etibarən tətbiqinə başlanılmış yeni sistemin başlıca özəlliyi avtomobilllərin icbari sığortası növü üzrə müqavilələrin buraxılmasında vasitəçilik edən bazar iştirakçılarının (sığorta vasitəçilərinin) məcburi qeydiyyatının aparılmasına, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin və sığortalanan avtonəqliyyat vasitələrinin dürüst identifikasiyasına şərait yaratmasıdır. Belə ki, artıq icbari sığorta müqavilələri həm sürücülərin, həm də avtonəqliyyat vasitələrinin qeydiyyat məlumatları müvafiq dövlət informasiya ehtiyatlarından real zaman rejimində sinxronlaşdırılmaqla bağlanacaq. Qeyd etmək lazımdır ki, icbari sığorta müqavilələri əvvəlki qaydada, yəni İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti tərəfindən buraxılacaq və burada hər hansı mərkəzləşmədən söhbət getmir. Yeni sistem həmçinin mobil tətbiq vasitəsilə sığorta şirkətlərinin və vasitəçilərinin ixtiyarına verilmişdir ki, bunun da vasitəsilə onlar daha öz müştəriləri olan sığortalılara daha çevik xidmət göstərə biləcəklər.
Eləcə də bax: "Gizli agentlikləri" üzə çıxaracağıq - İCBARİ SIĞORTADA DƏYİŞİKLİK
Yeniliyin tətbiqi ilə sığorta predmeti ilə bağlı saxta məlumatların sistemə daxil edilməsi və bunun nəticəsində meydana gələ bilən sığorta haqqının azaldıması kimi neqativ halların da qarşısı alınacaq.