Ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsində çalışmış İbrahim Alışov bundan sonra fəaliyyətini “Xalq Sığorta” şikətində müşavir kimi davam etdirəcək.
FED.az xəbər verir ki, bu barədə məlumat “Xalq Sığorta” şirkəti tərəfindən də təsdiqlənib.
Bildirilir ki, İbrahim Alışov “Xalq Sığorta” şirkətinin İdarə Heyətinin sədri Raman Kurbanauya müşavir təyin edilib.
Qeyd edək ki, 3 fevral 2016-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu il 28 noyabr tarixində müvafiq sərəncamla ləğv edilib.