Maliyyə Bazarlarına Nəzarət Palatasında sığorta sektorunun cari vəziyyətinin müzakirəsinə dair görüş keçirilib. Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli və sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.
Məlumata görə, görüş zamanı İ.Alışov qeyd edib ki, sığorta sektorunun tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və institusional boşluqların aradan qaldırılması, Strateji Yol Xəritəsində nəzərdə tutulan kənd təsərrüfatı sığortası, mikro və müştərək sığorta mexanizmlərinin yaradılması, icbari tibbi sığortanın inkişaf etdirilməsi, ümumilikdə sektorun elektronlaşdırılması və digər istiqamətlər üzrə birgə səylərin artırılması hər iki qurum qarşısında duran əsas prioritet məqsədlərdir. Baş icraçı direktor Assosiasiyanın sədr vəzifəsinə təyinatın həm sektorun, həm də requlyatorun fəaliyyətində effektiv təsir edəcəyinə ümid etdiyini bildirdi.
Daha sonra M.Abbasbəyli yaxın gələcəkdə bu istiqamətdə görülməli olan işlərin planını təqdim edib.
Görüşdə, həmçinin sığorta sektoruna nəzarət çərçivəsinin qiymətləndirilməsinin aparılması, attestasiya və lisenziyalaşdırma üzrə prosedurların təkmilləşdirilməsi və digər mövzular üzrə təkliflər dinlənildi və fikir mübadiləsi aparılıb. Baş icraçı direktor tərəfindən nəzarət mexanizmlərinin gücləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, sağlam, şəffaf sığorta sektorunun formalaşdırılması istiqamətində tövsiyə və tapşırıqlar verib.
İbrahim Alışov sığorta sektorunu "tərpətdi"
17:50
16 Fev 2018