İstehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə həm yığımlar, həm də ödənişlər artıb, lakin ödənişlərdəki artım daha yüksək olub.
FED.az Mərkəzi Banka istinadən bildirir ki, 2025-ci ilin səkkiz ayında bu sığorta növü üzrə yığımlar 6 milyon 894 min manat (11,5%) artaraq 60 milyon 92 min manatdan 66 milyon 986 min manata çatıb.
Bu dövr ərzində həyata keçirilən ödənişlər isə 1 milyon 180 min manat (48,7%) artaraq 2 milyon 423 min manatdan 3 milyon 603 min manata yüksəlib.
Nəticədə zərərlilik göstəricisi 1.4 faiz bəndi artaraq 4,0%-dən 5,4%-ə yüksəlib.