Azərbaycanda cari ilin 9 ayı üzrə işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə yığımların həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 719 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min manat və ya 5% azdır.
2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 757 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.