Azərbaycanlı avtomobil sahiblərinin xaricdə aldığı «Yaşıl kart» sığorta müqavilələri tam elektronlaşdırılıb.
Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə
Bu barədə FED.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.
V.Məsiyev qeyd edib ki, Azərbaycanda "Yaşıl Kart" sisteminin elektronlaşdırılması istiqamətində mühüm işlər aparılır. Bu prosesin əsas məqsədi beynəlxalq avtomobil sığortası sistemində sənədləşmənin rəqəmsal formata keçirilməsi, sərhəd keçidlərində prosedurların sadələşdirilməsi və sürücülər üçün əlavə rahatlığın təmin edilməsidir.
Həyata keçirilən əsas tədbirlərdən biri xaricdə rəsmiləşdirilən “Yaşıl Kartlar”ın tam elektronlaşdırılması olub. Bu proses 2025-ci ilən əvvəlində başa çatdırılıb.
“Bu yenilik sığorta müqavilələrinin elektron formata keçməsini və müqavilələrin QR kod vasitəsilə yoxlanmasını təmin edib. Elektronlaşdırma sənəd saxtakarlığının qarşısını almaqla yanaşı, əməliyyat sürətini də artırır»-deyə İSB rəhbəri bildirib.