“Azərbaycanda hazırda 850 mindən çox fərdi sahibkarlıqla məşğul olan şəxs var”.
Eləcə də bax: Sahibkarların bank hesablarındakı 20 min manatadək pul qorunan əmanətlərə - Aid Edilir
FED.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, dünyanın çox az ölkəsində hüquqi şəxslərin vəsaiti sığortalanıb:
“Əgər ehtiyac olarsa bəlli bir müddətdən sonra hüquqi şəxslərin vəsaitinin sığortalanması ilə bağlı məsələ gündəmə gələ bilər”. (Report)