Azərbaycanda 2025-ci ilin yanvar ayı ərzində həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə yığımlar 52 milyon 701 min min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 830 min manat və ya 39% çoxdur.
2024-cü ilin yanvar ayı ərzində həyatın yaşam sığortası üzrə 37 milyon 781 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə bu növ sığorta ödənişləri 28 milyon 936 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 618 min manat və ya 36% çoxdur.
Ötən ilin eyni dövründə 26 milyon 552 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 55% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 56% təşkil edib.