Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər kəskin azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü il ərzində bu növ sığorta üzrə yığımlar 88 milyon 953 min manat sığorta haqqı toplanılıb.
Bu da 2023-cü il ilə müqayisədə 14 milyon 25 min manat və ya 19% çoxdur.
2023-cü il ərzində bu göstərici 74 milyon 928 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 3 milyon 769 min manat təşkil edib ki, bu da illik müqayisədə 71 milyon 646 min manat və ya 20 dəfə azdır.
Əvvəlki ilin eyni dövründə 75 milyon 415 min manat sığorta ödənişləri edilmişdi.
Ödənişlərin kəskin aşağı düşməsi sığorta növünün zərərliliyini də kəskin aşağı salıb. Belə ki, hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 96% azalıb. 2023-ci ildə isə zərərlilik göstəricisi 101% təşkil edib.