Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 589 milyon 494 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88 milyon 262 min manat və ya 17,6% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 501 milyon 232 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 537 milyon 415 min manat təşkil edib ki, bu da illik müqayisədə 137 milyon 338 min manat və ya 34,3% çoxdur. Ötən ilin eyni dövründə 400 milyon 77 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 91,2% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11,4 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 79,8% təşkil edib.












