Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 545 milyon 396 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 84 milyon 397 min manat və ya 18,3% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 460 milyon 999 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 476 milyon 306 min manat təşkil edib ki, bu da illik müqayisədə 118 milyon 642 min manat və ya 33,2% çoxdur. Ötən ilin eyni dövründə 357 milyon 664 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 87,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 9,7 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 77,6% təşkil edib.





                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







