Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 255 milyon 141 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 728 min manat və ya 31% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında bu göstərici 195 milyon 413 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 127 milyon 66 min manat təşkil edib ki, bu da illik müqayisədə 56 milyon 5 min manat və ya 79% çoxdur.
Ötən ilin eyni dövründə 71 milyon 62 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 49,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 13,4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 36,4% təşkil edib.