Azərbaycanda 2025-ci il ərzində həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci il ərzində bu növ sığorta üzrə yığımlar 701 milyon 3 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 101 milyon 806 min manat və ya 17,0% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 599 milyon 197 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 631 milyon 554 min manat təşkil edib ki, bu da illik müqayisədə 157 milyon 399 min manat və ya 33,2% çoxdur. 2024-cü ildə 474 milyon 155 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 90,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 10,9 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 79,1% təşkil edib.












