Azərbaycanda maliyyə qurumlarının göstəricilərinin açıqlanması layihəsi çərçivəsində FED.az bu dəfə həyat sığortası üzrə yığımlarda şirkətlərin bazar paylarını təqdim edir.
Qeyd edək ki, cari ilin yanvar-fevral ayında ölkədə fəaliyyət göstərən 5 həyat sığortası şirkəti tərəfindən ümumilikdə 46,130 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
Cədvəldən göründüyü kimi həyat sığortası bazarında ən çox sığorta haqqı “PAŞA Həyat Sığorta” şirkəti toplayıb. Bu şirkətin müvafiq bazar payı 77,04% təşkil edir.
Göstəricilər 2021-ci ilin yanvar-fevral aylarını əhatə edir.
Şirkətlər |
Sığorta haqları (yanvar-fevral 2021) |
Bazar payı |
PAŞA Həyat |
35,539 mln.AZN |
77,04% |
Atəşgah Həyat |
7,503 mln.AZN |
16,26% |
Qala Həyat |
2,327 mln. AZN |
5,04% |
Xalq Həyat |
0,761 mln. AZN |
1,65% |
Meqa Həyat |
- |
- |
- Xatırldaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” şirkətinin fəaliyyətinə lisenziya bu ilin fevral ayının 19-da verilib.