Hesabata əsasən, bu ilin ilk 6 ayında həyat sığortası üzrə yığımlar 158 milyon 932 min manat, ödənişlər isə 48 milyon 915 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 87% artıb, ödənişlər isə 19,8% azalıb. Xatırladaq ki, 2017-ci ilin ilk yarısının nəticələrinə görə, həyat sığortasında yığımlar 84 646 min manat, ödənişlər isə 61 012 min manat idi.
Sığorta şirkətlərinin bazar payının dəyişməsi – CƏDVƏL 7
Hesabatdan məlum olur ki, həyat sığortasının zərərlilik göstəricisi də aşağı düşüb. Belə ki, ötən il bu sığorta sinifi üzrə ödənişlər yığımların 72%-ni təşkil edib. Bu il isə həmin göstərici 30,7%-ə düşüb.Həyat sığortasındakı 87%-lik kəskin artım əsasən həyatın yaşam sığortasının payına düşüb. Belə ki, həyatın yaşam sığortası üzrə yığımlar keçən ilin ilk 6 ayında 71 822 min manat olduğu halda, 2018-ci ilin eyni dövründə 1,8 dəfə artaraq 130 959 min manat təşkil edib.
Həyat sığortası üzrə ödənişlərin də böyük hisəsi məhz yaşam sığortasının payına düşüb – ötən il 59 milyon 720 min manat v ya bütün ödənişlərin 98%, bu il isə 48 milyon 186 min manat və ya bütün ödənişlərin 98,5%-i. Başqa sözlə, həyatın yaşam sığortasında zərərlilik ötən il 83,1% olduğu halda, bu il 36,7% olub.
Həyatın ölüm halında sığortasında isə daha böyük artım baş verib. 2017-ci ilin ilk yarısında bu sığorta növü üzrə yığımlar 12 milyon 275 min manat olduğu halda, bu ilin ilk yarısında yığımlar 26 milyon 295 min manat və ya 2,2 dəfə artıq olub.
Həyatın ölüm halından sığortda isə ödənişlər azalıb. Ötən il bu sığorta növü üzrə 1 milyon 283 min manat ödəniş edilibsə, bu il həmin göstərici 729 min manat və ya 43% az olub.
Nəticədə həyatın ölüm halı üzrə zərərlilik ötən il 10,4% olduğu halda, bu il həmin göstərici 2,7%-ə düşüb.
Əmək qabiliyyətinin sığortası keçən il 495 min manat ödəniş edilib, bu il 1 630 min manat yığım olub. Artım bu il 3 dəfə olub. Sığorta ödənişi heç bir ildə olmayıb.
Sağalmaz xəstəliklərdən sığortada 2017-ci ildə 53 min manat, 2018-ci ildə isə 46,7 min manat yığım olub. Ötən illə müqayisədə azalma 12% təşkil edib. Bu sığorta növü üzrə ödəniş edilməyib.
Həyat sığortasının icbari növü olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta növü üzrə yığımlar və ödənişlər artıb. Belə ki, bu ilin ilk yarısında istehsalatda bədbəxt hadisələr üzrə 21,3 milyon manat sığorta haqqı toplanıb, 1 milyon 829 min manat ödəniş edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlar 8,5%, ödənişlər isə 37,7% artıb. Bu sığortanın zərərliliyi ötən ilki 6,7%-dən bu il 8,5%-ə yüksəlib.