“Həyat Sığorta”sı kiçilib.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr hesabatına görə, həyat sığortası üzrə yığımlar 185 milyon 222 min manat, ödənişlər isə 88 milyon 798 min manat təşkil edib.
Eləcə də bax:Sığorta haqlarına görə şirkətlərin – RENKİNQİ (YANVAR-OKTYABR,2019)
Qeyd edək ki, “Həyat Sığorta”sı üzrə yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 71 milyon 104 min manat və ya 27,73% azdır. Bu sinif üzrə ödənişlərə gəlincə isə bu ilki göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 901 min manat və ya 24,77% azdır.