Həyat sığortası şirkətlərinin illik əsas göstəricilərini aşağıdakı cədvəldən görmək mümkündür:
2017-ci il üzrə həyat sığortası şirkətlərinin əsas göstəriciləri | |||||||||||
№ | Sığorta şirkətinin adı | Sığorta haqları (manatla) | Sığorta haqları üzrə bazar payı | Sığorta ödənişləri (manatla) | Sığorta ödənişləri üzrə bazar payı | Ümumi Ödəniş Əmsalı | |||||
Ümumi tələb nisbəti | |||||||||||
1 | “Paşa Həyat” | 152 757 723 | 72,4% | 58 004 592 | 44,4% | 38% | |||||
2 | “Atəşgah Həyat” | 38 369 910 | 18,2% | 55 046 153 | 42,1% | 143% | |||||
3 | “Qala Həyat” | 19 893 538 | 9,4% | 17 582 577 | 13,5% | 88% | |||||
Cəmi: | 211 021 171 | 100% | 130 633 322 | 100% | 62% | ||||||
Göründüyü kimi, 2017-ci il ərzində “PAŞA Həyat” şirkəti yığımlarını kəskin artırmış (illik artım 97%) və ölkə tarixində illik 150 mln. manatdan çox sığorta haqları toplamış ilk sığorta şirkəti olub. Sığorta ödənişlərinin həcminin hələlik çox böyük olmaması nəticəsində “PAŞA Həyat” ili yüksək maliyyə nəticələri ilə başa vurmağa müvəffəq olub.
FED.az təhlil qrupu bildirir ki, təcrübəli sığorta qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti hesabat ilində yığımların əvvəlki ilin səviyyəsində qalması (illik artım 2%), lakin ödənişlərin kəskin artması (illik artım 2 dəfə) nəticəsində 143% -lik yüksək zərərlə üzləşib.
Bütün bunlara baxmayaraq, ötən il həyat sığortası sahəsi üçün uğurlu hesab edilə bilər. 2017-ci ildə həyat sığortasının ümumi bazarda bazar payı 38%-ə yüksəlib, həyat sığortası şirkəti olan “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının mütləq liderinə çevrilib. Ən nəhayət, həyat sığortası məhsulu olan “həyatın yaşam sığortası” bazarda mövcud olan bütün məhsullar arasında 25% xüsusi çəki ilə lider məhsul mövqeyinə yüksəlib.