Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) hesabatına əsasən bu ilin ilk 5 ayında həyatın yığım sığortasında azalma qeydə alınıb. FED.az xəbər verir ki, hesabata görə bu ilin ilk 5 ayı rəzində 92,94 milyon manat sığorta haqqı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% azdır. Həyat sığortası üzrə ödənişlər isə ötən illə müqayisədə 19% azalaraq 30,14 milyon manat təşkil edib.
Qeyd edək ki, həyatın yığım sığortası üzrə azalma bu sığorta növünə tətbiq edilən məhdudiyyətlə əlaqələndirilir.
Xatırladaq ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Lakin Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş yeni müddəalarına görə, həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.
Həyat Sığortası 33% kiçilib
19:07
25 İyun 2019