Azərbaycanın “Günay Sığorta” Şirkətinin Direktorlar Şurasının üzvü Həsən Bədəlov işindən ayrılıb.
FED.az xəbər verir ki, hazırda H.Bədəlovun yerinə təyinat olmayıb.
Qeyd edək ki, H.Bədəlov Azərbaycanın maliyyə sektorunda peşəkar maliyyəçi kimi tanınır. O, əmək fəaliyyətinə 2002-ci ildə Türkiyə Ziraat Bankı və Azərbaycan dövlətinin birgə təsisçisi olduğu “Azər Türk Bank”da başlamışdır. 2004-2008-ci illərdə həmin bankda departament direktoru, daha sonra isə İdarə Heyətinin üzvü olmuşdur. 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı”nda İdarə Heyəti sədrinin müavini, 2013-2014-cü illərdə “Azərsun Holdinq”in də daxil olduğu “İntersun Management Company”də bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi işləmişdir. 2016-cı ildən isə “Günay Group”da çalışıb.
H.Bədəlov 2017-ci ilin noyabr ayından 2018-ci ilin aprel ayınadək "Günay Sığorta" şirkətinin İdarə Heyətinin sədri olub.
Həsən Bədəlov “Günay Sığorta”dan ayrıldı
12:37
12 May 2018