Azərbaycanda sığorta bazarının həcmi 1,5 milyard manata çatıb.
Bu şəxslər öz-özünü sığorta edəcəklər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sığorta sektoruna həsr olunmuş "İnsurtech" dərs vəsaitinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, sığorta bazarında yığılan hər 10 manat sığorta haqqına 6 manat sığorta ödənişi edilib: «Sığorta bazarının inkişafı ilə yanaşı, 3 məsələ xüsusi qeyd olunmalıdır. Bunlar sığorta bazarının tənzimlənməsi, sığorta bazarında biznes modeli və texnologiyadır» - deyə V.Qasımlı bildirib.
Onun sözlərinə görə, yeni təqdim olunan “InsurTech” kitabı sadalanan 3 məsələni özündə cəmləşdirir: «İnsurtech sahəsi özü də sürətlə inkişaf edir. Təkcə keçən il insutech bazarı 20 milyard dollar olub. Orta illik artım tempi isə 25-55% arasında qiymətləndirilir. Beynəlxalq qurumların hesablamalarına görə, 2030-cu ilə qədər insurtech bazarının həcmi 250 milyard dollara çatacaq».












