Banner

Sığorta

«Həmin sığorta şirkətlərinin fəaliyyəti – ümumiyyətlə dayanmalıdır» - EKSPERT

«Həmin sığorta şirkətlərinin fəaliyyəti – ümumiyyətlə dayanmalıdır» - EKSPERT | FED.az
09:29 19 Aprel 2019

Son vaxtlar sığorta şirkətlərindəki pozuntularla bağlı görülən sərt addımlar Azərbaycanın sığorta bazarına nəzarətin güclənməsinin göstəricisidir və bu tədbirlər davam edəcək. Bu barədə FED.az-a sığootp eksperti Aqşin Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl icbari sığortaları üzrə lisenziyaları məhdudlaşdırılan «Atasığorta», «Atəşgah» və «AXA sığorta» şirkətləri Azərbayanın sistem əhəmiyyətli sığortaçılarıdır: «Ümid edirəm ki, bu şirkətlər tezliklə nqsanları aradan qaldıracaq və fəaliyyətlərini bərpa edəcəklər. Çünki bu şirkətlər indiyədək doğrudan da keyfiyyətli xidmət göstəriblər və istəməzdim ki, onların imicinə zərər dəysin».

Ekspert bildirir ki, son addımlar Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarına nəzarəti gücləndirmək üçün sərt tədbirlərə başladığını göstərir: «Eyni zamada bu onu da göstərir ki, digər ciddi problemləri, o cümlədən kaapital çatışmazlığı olan şirkətlərə qarşı da ciddi tədbirlər görülə bilər. Belə şirkətlər nəinki icbari üzrə, hətta ümumiyyətlə lisenziyaların alınması ilə qarşılala bilərlər. Təbii ki, əgər belə şirkətlər varsa və bu gözləniləndir».

Ekspert bildirir ki, kapitalı çatışmayan, ödəniş etməyən və ciddi problemləri olan şirkətlərə qarşı daha ciddi addımlar atılmalıdır: «Hansı ki, ödəniş edəmir, ya da ayda 100 manat şərtilə ödəniş edir, onlara qarşı sərt olmaq tələb olunur. Çünki belə şirkətlər fəaliyyətlərini davam etdirirlərsə, öz üzərlərinə daha çox öhdəlik yığıb, daha çox risk toplayırlar. Ona görə də ilk növbədə bunların fəaliyyətinə də baxılmalıdır».

Qeyd edək ki, sığopta şirkətləri üzrə minimum kapital tələbi 5 milyon manat, həm də təkrar sığorta fəaliyyəti göstərənlər üçün isə 10 milyon manatdır. Sığorta şirkətinin kapital problemi olduqda, Palata bununla bağlı təqdimat verir və şirkətə xəbərdarlıq edir. Bu nöqsanlar aradan qaldırılmadıqda isə həmin şirkətin lisenziyası dayandırılır.

Digər xəbərlər

Banner