FED.az Azərbaycanın sığorta şirkətlərinin tibbi sığorta xidmətləri barədə əsas məqamları təqdim edir. Qeyd edək ki, Azərbaycanda 21 sığorta şirkəti var.
Onlardan 3-ü həyat sığorta şirkəti olduğuna görə, onlar tibbi sığorta xidməti göstərmirlər. «Amrah sığorta», «Bakı sığorta» və «İpək Yolu Sığorta» şirkətləri də tibbi sığorta xidməti göstərmir.
Şirkətlərin korporativ sığortaya yanaşmaları da fərqlidir və işçilərin sayından asılıdır. Bəzi şirkətlərdə şirətin əməkdaşlarının sığortalanması üçün onların sayının azı 100 nəfər olması tələb olunur. Digər şirkətlərdə isə hətta 1 işçini də sığortalamağa hazırdırlar.
Digər şirkətlərin tibbi sığora üzrə müştəri tələbləri belədir.
Sığorta şirkəti | Şirkətlər üçün sığorta | Şirkətlər üçün minumum işçi sayı | Fiziki şəxslər üçün |
Qala sığorta | Var | 10 nəfər | Yoxdur |
AtaSığorta | Var | 8-10 nəfər | Var |
A-Qrup sığorta | Var | 1 nəfər | Var |
AzSığorta | Var | 1 nəfər | Var |
Mega sığorta | Var | 100 nəfər | Yoxdur |
Rəvan sığorta | Var | 1 nəfər | Yoxdur |
Xalq sığorta | Var | 15 nəfər | Yoxdur |
Atəşgah sığorta | Var | 10 nəfər | Yoxdur |
Günay sığorta | Var | 1 nəfər | Var |
AXA MBASK | Var | 5 nəfər | Var |
Amrah sığorta | Yoxdur | - | Yoxdur |
Azərsığorta DŞ | Var | 2 nəfər | Var |
Bakı sığorta | Yoxdur | - | Yoxdur |
İpək Yolu Sığorta | Yoxdur | - | Yoxdur |
Sənaye sığorta | “Azərsun”a daxil olan şirkətlər | “Azərsun”a daxil olan şirkətlər | Yoxdur |
Standart İnsurance | Var | 10 nəfər | Yoxdur |