Könüllü sığorta üzrə həyat sığortasında böyük artım qeydə alınıb. FED.az xəbər verir ki, 3 ay ərzində həyat sığortası üzrə 63 milyon 308 min manat sığorta haqqı toplanıb.
Bunun cəmi 26 milyon 712 min manatı sığorta ödənişlərinə xərclənib.
Maliyyə bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən həyatın yaşam sığortası 50 milyon manatı keçib. Halbuki, 2017-ci ilin sonunda bu rəqəm cəmi 12 milyon manat təşkil edirdi. İnsanlar həyatın ölüm halından sığortasına 12 milyon 746 min manat sığorta haqqı ödəyiblər. Bunun 241 min manatı zərəçəkənə geriyə ödəniş edilib.
Həyat sığortası üzrə sığorta haqqlarının toplanması ötən 3 ayda 3,8 dəfə atım baş verib.
Hamı yaşamaq istəyir - YAŞAM SIĞORTASI 4 DƏFƏ ARTDI
14:26
19 Aprel 2018