“Meqa Sığorta” ASC-nin sabiq baş mühasibi rəhbərliyə təyinat alıb.
“Meqa Sığorta”nın İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Gündüz Rzayev Səməd oğlu sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib.
O, bu vəzifədə Səadət Əsədova Daşdəmir qızını əvəz edib.
Gündüz Rzayev şirkətin baş mühasibi vəzifəsində çalışırdı.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).