“Günay Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Eləcə də bax: Daha bir rəhbər işçi “Günay Sığorta”nı - TƏRK ETDİ
FED.az xəbər verir ki, bu Sabir Quliyev Mehti oğludur.
Qeyd edək ki, “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Aqşin Cahangirov vəzifəsini tərk etmişdir. Məlumata görə, onu müvəqqəti olaraq İH-nin üzvü Gülnarə Cavadova əvəz edirdi.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.
banker.az