Azərbaycan sığorta bazarının iştirakçılarından olan “GünaySığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-avqust ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin 8 ayında 4 885 mln. manat həcmində sığorta haqqı toplyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,378 mln. manat və ya 48,7% azdır.
Hesabat dövründə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində artım müşahidə olunub. Qeyd olunan dövrlə müqayisədə sığorta ödənişləri 0,346 mln. manat və ya 13% artaraq 2,853 mln. manata çatıb.
Qeyd edək ki, bu yaxınlarda şirkətin rəhbər heyətində istefalar olub. Belə ki, Şirkətin İdarə Heyətinin sədri Mahir Niftəliyev və Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadov öz xahişi ilə vəzifələrindən uzaqlaşıb.