“Günay Sığorta”nın Göyçay şəhərində də yeni satış ofisi fəaliyyətə başladı.
Bununla şirkət regionlarda xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu.Yeni satış ofislərinin açılması ilə "Günay Sığorta" regionlarda yaşayan əhalinin müxtəlif sığorta xidmətlərindən yararlanmasına şərait yaradır. Yeni satış ofisinin açılış mərasimində region rəhbəri tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunmuşdu. Satış ofisi fiziki və hüquqi şəxslərə sığorta məhsullarının satışı, sığorta hadisələrinin tənzimlənməsi və s. sığorta xidmətlərini təklif edir.
Yeni açılmış Göyçay satış ofisi həftə içi hər gün saat 09.00-dan 18.00-dək müvafiq olaraq aşağıdakı ünvanda müştərilərini gözləyir:
Göyçay şəhəri, M. Müşfiq 2
“Günay sığorta” ASC Azərbaycanın ilk özəl sığorta şirkəti olaraq başlıca məqsədlərindən biri ölkə başçısı tərəfindən qəbul olunmuş Strateji Yol Xəritələrinin icrası, regionlarda, xüsusilə də sığorta sektorunda yeni iş yerlərinin açılması, ölkə əhalisinə keyfiyyətli sığorta xidmətlərindən istifadə etmək imkanının genişləndirilməsidir.
Qeyd edək ki, Göyçay satış ofisi artıq aprel ayında "Günay Sığorta" ASC-nin yeni fəaliyyətə başladığı 3-cü satış ofisidir. Belə ki, şirkət şimal və cənub regionlarında da əhalinin xidmətinə yeni satış ofisləri təqdim etmişdir.