Azərbaycanda fəaliyyət göstərən “Günay Sığorta” şirkəti 2020-ci ilin I yarım ili üzrə maliyyə vəziyyətini açıqlayıb.
Eləcə də bax: "Günay Sığorta" sahiblərinə dividend ödədi - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu ilin ilk yarısında şığorta şirkətinin cəmi gəlirləri 4 milyon 711,9 min manat (56,4% və ya 1 milyon 699,7 min manat artım), cəmi xərcləri 3 milyon 924,6 min manat (52,5% və ya 1 milyon 351,6 min manat artım) olub.
Şirkətin 6 aylıq maliyyə mənfəəti 787,3 min manat olub.
Sığorta şirkəti maliyyə mənfəətindən 157,5 min manat vergi ödədikdən sonra 2020-ci ilin 1-ci yarısını 629,8 min manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 43,4% artıb.
Qeyd edək ki, sığorta şirkətinin 2019-ci ilin 1-ci yarısında xalis gəliri 439,1 min manat olub.
Sığorta şirkətinin 2020-ci ilin ilk yarım ilində cəmi aktivləri 14 milyon 479 min manat (0,4% və ya 58,9 min manat artım), cəmi öhdəlikləri 5 milyon 976,8 min manat (2,9% və ya 166,4 min manat artım), cəmi kapital 8 milyon 502,2 min manat (8,9% və ya 76,4 min manat azalma) olub.
Şirkətin debitor borcları 13,4% və ya 76,7 min manat artaraq 650 min manat olub. Kreditor borclarda da artım olub. Kreditor borcları 5,7% və ya 29,8 min manat artaraq 557,2 min manat olub.