Oktyabrın 28-də, saat 10:00-da "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə "Günay Sığorta"nın Təftiş Komissiyasının tərkibinin dəyişdirilməsi məsələsi daxildir.
Yığıncaq şirkətin baş ofisidə Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31/11 ünvanında olacaq.