“Günay Sığorta” ASC-nin səhmdarlarının sayı 3-dən 2-ə düşüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Xanım Məmmədovanın adı siyahıdan çıxıb və onun 11,45%-lik payı “Günay Bank” ASC-nin əsas səhmdarı və eləcə də bu şirkətin indiyə qədər səhmdarı olmuş (16,61%) Mahmud Məmmədova ötürülüb.
Bununla da Sığorta Şirkətinin səhmlərin 71,94%-i Yeganə Şirinovaya və 28,06%-i isə Mahmud Məmmədova məxsus olub.