“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Bu barədə FED.az-a şirkətdən bildirilib.
Xatırladaq ki, İlkin Mirzəyev 2008-ciildə AzərbaycanDövlət İqtisaduniversitetininMaliyyə Kreditfakultəsinə daxilolmuş və 2012-ci ildə təhsilini bitidikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışmışdır. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak etmişdir.