“Günay Sığorta” ASC-nin Direktorlar Şurası üzvü Vüqar Babakişiyev qurumdakı vəzifəsini tərk edib.
FED.az xəbər verir ki, bu barədə informasıyanı Sığorta Şirkətinə yaxın mənbədən əldə edib.
V. Babakişiyevin yerinə isə bu vəzifəyə Elşən Şükürov təyinat alıb.
Bildirək ki, hazırda Sığorta Şirkətinin Direktorlar Şurası bir sədr və iki üzvdən ibarətdir. V. Babakişiyev 2017-ci ilin 2-ci ayından etibarən ASC-də qeyd edilən vəzifəyə təyinat almışdı.