“Sirena” Məhdud Məsuliyyəti Cəmiyyət “Günay Sığorta” ASC-ni dəymiş zərərin ödənməsinin gecikdirdiyinə görə məhkəməyə verib.
Eləcə də bax: Məhkəmə iki sığorta şirkəti ilə bağlı - QƏRAR VERDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Sirena” Bakı Kommersiya Məhkəməsinə Müraciət etməklə “Günay Sığorta” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2296 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% hesablanmaqla, 56 manat, 30 manat dövlət rüsumu, cəmi 2382 manat məbləğində pulun alınaraq “Sirena” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.
KM sənədləri geri qaytarmaqla, iddiaçıya yenidən müraciət edə bilməsi ilə bağlı perosuduru anladıb.
Xatırladaq ki, “Günay Sığorta” “Car Rent Baku” şirkəti ilə də eyni problemi yaşamışdı. Şirkətin rəhbəri deyir ki, “məhkəmənin adını eşidən” sığorta şirkəti dəymiş zərərli ödəməyə razı qalmışdı.