“Amrah Sığorta” şirkətinin rəhbəri dəyişib.
Eləcə də bax: Əmanətlərin Sığortalanması Fondunda - Yeni Təyinatlar
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Amrah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Rövşən Mustafayev Rasim oğlu təyin edilib. Rövşən Mustafayev həmçinin “Günay Sığorta” ASC-nin Daxili Audit Xidmətinin rəhbəri olub.
Onu da qeyd edək ki, buna qədər “Amrah Sığorta” şirkətinin direktoru Emil Ağasıyev Aydın oğlu idi.
Xatırladaq ki, Amrah Sığorta Açıq Səhmdar Cəmiyyəti Ləğv olunduğunu elan edib. “Amrah Sığorta” 1993-cü ildə “Dəniz Biznes” adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə (“Amrah Bank”ın 53,16%-lik səhmdarı, 15%-i isə Əmrah İldırımzadəyə (“Amrah Bank”ın 0,33%-lik səhmdarı) məxsusdur.