Dövlət Səlimov ”Günay Sığorta” ASC-nin Təftiş komissiyasının üzvü vəzifəsinə təyin edilib.
Eləcə də bax: “Günay Sığorta”nın maliyyəsinə nəzarət edən şəxslərindən biri də məlum oldu– TƏYİNAT
FED.az xəbər verir ki, şirkətin yaydığı məlumatda qeyd edilib ki, Dövlət Səlimov “Rəvan Sığorta” şirkətində 2010-2013-cü illərdə Təftiş komissiyasının üzvü, 2019-2020-ci illərdə “Rəvan Sığorta” şirkətində Satış Departamentinin müdiri vəzifələrini icra edib. 2020-ci ildən etibarən “Günay Sığorta” şirkətində çalışmağa başlayıb.
Xatırladaq ki, "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə 10 nümayəndəlik və 100-dən çox satış nöqtəsi ilə müştərilərinə xidmət göstərir.