«Günay Sığorta» şirkətində işçilərin bir hissəsinin maaşları artırılıb.
FED.az-ın məlumatına görə, artım həm baş ofisdə, həm də şirkətin bölgələrdəki ofisində çalışan işçilərə aid olub.
Sığorta şirkətindən bildirilib ki, əmək haqlarının artımı prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı sərəncamından sonra edilib.
Belə ki, sığorta şirkətinin bölgələrdə yerləşən filiallarında əmək haqqı 250 manatdan az olan işçilərin maaşı bu məbləğə çatdırılıb və ya daha yuxarı təyin edilib.