Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC-nin yığımları artıb. FED.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, ilk 3 ay ərzində yığımı 1 422 383,46 manat, tək aprel ayında isə yığım 1 167 574,86 manat olub.
Şirkətin yığımları ilə bərabər sığorta ödənişləri də artıb. 2018-ci ilin ilk 4 ayında şirkət müştərilərinə 999 343,85 manat sığorta ödənişi edib.
“Şirkətin əsas məqsədi müştərilərinin inamını doğrultmaq və zamanla qazandığı etibarı itirməməkdir. Ona görə də ödənişlərin operativ və yüksək müştəri məmnuniyyəti ilə həyata keçirilməsi üçün daim yeni addımlar atılır və xidmət keyfiyyəti daha da yüksəldilir”.