Azərbaycanın sığorta şirkətlərindən olan «Günay sığorta» 2018-ci ilin ilk yarısını mənfəətlə başa vurub.
FED.az “Günay sığortanın”-nın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 3 milyon 351,12 min manat olub ki, bu məbləğin də 99,13%-i birbaşa sığorta üzrə yığımların payına düşür. Şirkətin investisiya gəlirləri 160 min 166 manat olub.
“Günay sığorta”-nın əsas əməliyyat xərcləri 2 milyon 635,9 min manat olub ki, bu məbləğin də böyük hissəsi - 1 milyon 563,07 min manatı sığorta ödənişlərinin payına düşür. Təkrarsığortaya verilmiş sığorta haqları üzrə məbləğ isə 786,047 min manat, işlərin aparılması xərcləri isə 1 milyon 550,35 min manat təşkil edib. Yekunda cəmi xərclər 4 milyon 202,13 min manat təşkil edib.
Yekunda, şirkət 2018-ci ilin ilk yarısını 276,092 min manat məfəətlə başa vurub. Xatırladaq ki, şirkət 2017-ci ili 95,96 min manat mənfəətlə başa vurmuşdu.
FED.az “Günay sığorta”-nın “Balans” hesabatına istinadən bildirir ki, şirkətin cəmi aktivləri 2017-ci ilin yekunu ilə müqayisədə 4,7% artaraq 15 milyon 28,89 min manat, cəmi kapital isə 3,5% artaraq 8 milyon 109,27 min manata olub.
Xatırladaq ki, sığorta şirkətlərinin bazar payı üzrə FED.az-ın renkinqinə əsasən, «Günay sığorta» ASC 0,8% bazar payı ilə 21 sığorta şirkəti arasında 16-cı yeri tutur.
Şirkət yığımların həcmi renkinqinə görə, 21 şirkət arasında 16-cı yeri, sığorta ödənişlərinin həcmi renkinqində isə 12-ci yeri tutur.